Azərbaycan İpoteka Fondu ipoteka kreditlərinin verilməsini bərpa edəcək.

Bu ilin iyun ayının 1-dən Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) dövlət proqramı ilə müvəkkil kredit təşkilatları tərəfindən ipoteka kreditlərinin verilməsini bərpa edəcək.

Bununla bağlı 25 may 2009-cu il tarixində Mərkəzi Bankda İpoteka kreditləri bazarı iştirakçıları ilə görüş keçirilmişdir. Tədbirdə ipoteka kreditlərinə dair əsas tələblərin dəyişilmədiyi qeyd edilmişdir. Lakin, bununla belə anderraytinq prosesi sərtləşdirilmiş, torpağın ipoteka predmeti olması ləğv edilmiş, həyat sığortası məcburi edilmiş, Banklarda xüsusi ipoteka bölməsinin yaradılması tələbi irəli sürülmüşdür və bunlarla bağlı texniki düzəlişlər aparılmış. Bundan başqa, AİF-in kredit siyasətində də bəzi dəyişikliklər həyata keçirilmişdir. Belə ki, AİF-in kotirovka dərəcəsi 2-dən 4-də qaldırılmış, bazar iştirakçılarının sayına yenidən baxılmış, müvəkkil banklar üzrə limitlər müəyyən edilmiş və ilkin maliyyələşmə mexanizmi bərpa edilmişdir.

 


Kredit almaqda müsbət nəticə zəmanəti

Mənzil almaq üçün illik 15%-dən başlayan faiz dərəcəli manat ilə ipoteka kreditləri. Krediti bütün qiymətləndirmə prosesləri tam başa çatdıqdan sonra cəmi bir neçə gün ərzində almaq mümkündür.

Bank Standard ipoteka proqramlarının üstünlükləri və xüsusi təkliflərimiz barədə geniş məlumat burada. İpoteka kreditinin məbləğini və ödəmə cədvəlini ipoteka hesablayıcısından istifadə edərə.